Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,50 dollar yaxud 3,45% bahalaşıb.

Aktual.az report-a istinadən bildirir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,97 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR