Sabah bu rayonlarda qaz olmayacaq?

Sabah bu rayonlarda qaz olmayacaq?

Sabah Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılması ilə bağlı qaz təchizatında məhdudiyyətlər olacaq. 

Aktual.az  SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 1-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” və “Şahağacı”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Hacıməlik” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. 

Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR