“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni istismara verilmiş 1637A saylı estakadayanı meydançadan ilk quyunun qazmasına başlanılıb.

Aktual.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan 2643 nömrəli həmin quyunun layihə dərinliyi 1980 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən inşa olunmuş 1637A saylı estakadayanı meydançadan ümumilikdə 14 istismar quyusunun qazılması nəzərdə tutulub. Qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR