Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva zəhərlənib. Xalq artisti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Belə ki, xalq artisti yuxu pozğunluğuna qarşı dərman atıb. Lakin dərman əks effekt göstərib. Bu səbəbdən də o, təcili 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Mərkəzdə ona zəhərlənmə diaqnozu qoyulub.

1 saylı Kliniki Tibbi Mərkəzdən “Report”a fakt təsdiqlənib: “Hadisə oktyabrın 10-da baş verib. Nazpəri Dostəliyeva həmin gün xəstəxanaya gəlib. Həkim məsləhəti ilə bir gün xəstəxanada yatıb, səhəri gün, yəni oktyabrın 11-də evə buraxılıb”.\report

Xəbər 975 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR