2016-ci ilin ən dəhşətli 7 aviasiya – QƏZASI

2016-ci ilin ən dəhşətli 7 aviasiya – QƏZASI
  • DÜNYA

Başa çatmaqda olan 2016-cı il dünya aviasiyası sahəsində bir çox faciələrlə yadda qaldı. Sonuncu dəfə dekabrın 25-də Soçi yaxınlığında Qara dənizə düşən "Tu-154” təyyarəsi buna misal ola bilər.

Aktual.az Modern.az-a istinadən 2016-cı ildə dünyada baş verən aviasiya qəzalarının statistikasını təqdim edir.

27 yanvar

Qazaxıstanın Kapal kəndi yaxınlığında "MD 600” helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olmuşdu. 2 aylıq xəstə qızı rayon xəstəxanasına aparan helikopterin alçaqdan hərəkət edərək ağacla toqquşduğu müəyyən olunmuşdu.

19 mart

Rusiyanın Rostov-na-Donu şəhərində "FlyDubai” aviaşirkətinə məxsus "Boing 737-800” təyyarəsi aeroporta eniş edərkən yerə çırpılmışdı. İnsident zamanı göyərtədəki 62 nəfərin hamısı həlak olmuşdu. İlkin ehtimallara görə, pilot enmə traektoriyasını yanlış seçmişdi.

29 aprel

Norveçin Turey adası yaxınlığında "Statoil” şirkətinin neftçilərini daşıyan "Eurocopter EC225” helikopterinin qəzaya uğraması nəticəsində 13 nəfər – 2 pilot və 11 neftçi həlak olmuşdu. Ehtimal olunur ki, qəzaya səbəb helikopterdə texniki nasazlığın olması göstərilir.

19 may

"Egypt Air” aviaşirkətinə məxsus "Airbus 320” laynerinin Parisdən Qahirəyə uçuşu zamanı Aralıq dənizinə düşmüşdü. Hadisədə təyyarənin göyərtəsindəki 66 nəfərin hamısı həlak olmuşdu. Uçuş vaxtı terror aktının törədildiyi ehtimal olunur.

22 oktyabr

Rusiyanın Yamal bölgəsində "Mi-8” helikopterinin qəzaya uğraması zamanı göyərtədəki 22 nəfərdən 19-u həlak olmuşdu.

29 noyabr

LAMİA aviaşirkətinə məxsus "Avro RJ-85” təyyarəsinin Kolumbiyanın Medelyin şəhərinə uçuşu zamanı faciə baş vermişdi. Göyərtədəki 77 nəfərdən 71-i, o cümlədən jurnalistlər və Braziliyanın "Şapokoense” futbol klubunun 20 futbolçusu həlak olmuşdu. İnsidentin təyyarədə yanacaq çatışmazlığına görə baş verdiyi bildirilir.

25 dekabr

Sonuncu faciə Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin Qara dənizə düşməsi ilə bağlıdır. Bu faciə zamanı göyərtədəki 92 nəfərin hamısı (o cümlədən 9 jurnalist və Aleksandrov adına ansamblın 65 üzvü) həlak olmuşdu.
 
Aktual.az
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR