20 Yanvar əlillərinin təqaüdü artdı - FƏRMAN

20 Yanvar əlillərinin təqaüdü artdı   - FƏRMAN

Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Aktual.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.

Həmçinin, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada veriləcək:

1.1. I qrup əlillərə – 165 manat
1.2. II qrup əlillərə – 143 manat
1.3. III qrup əlillərə – 110 manat

Bu fərmandan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR