Cəlilabadda 2-ci sinif şagirdi kanalda boğulub
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Şəbiyev Vəli Ramin oğlu şəhərin yeni massiv deyilən ərazisində, evlərinin yaxınlığından keçən su kanalında batıb.
İlkin ehtimala görə, uşaq oynayarkən ayağı sürüşərək kanala düşüb.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Hadisəni Cəlilabad Rayon Prokurorluğu araşdırır.
Aktual.az
Xəbər 829 dəfə oxunub.