Bakıda 19 yaşlı qız faciəli şəkildə ölüb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə rayonun Yeni Günəşli qəsəbəsi, "AB” yaşayış massivi ev 56, mənzil 27 ünvanında qeydə alınıb. Orada yaşayan 1997-ci il təvəllüdlü Sərfinaz Salman qızı Əsgərova yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 531 dəfə oxunub.