Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib.
Aktual.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Günler Şəvvalın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində çalışır.
***
Bakıda intihar olub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı liseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.
Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Aktual.az
Xəbər 686 dəfə oxunub.