10 milyon manatlıq istiqraz hərraca çıxarılıb Maliyyə Nazirliyi

10 milyon manatlıq istiqraz hərraca çıxarılıb  Maliyyə Nazirliyi

Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 10 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Bu barədə Maliyyə Nazirliyindən  bildirilib.

Məlumata görə, investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 35.8 mln. manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazları 15,22% gəlirliliklə təmin edilib.

Nazirlikdən qeyd olunub ki, istiqrazların ödəmə müddəti 13 sentyabr 2016-cı il tarixidir.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR