10 hektar taxıl sahəsi yandı

10 hektar taxıl sahəsi yandı

Aktual.az  (Region TV) Kanal S-ə istinadən  xəbər verir ki, ötən gün axşam saatlarında Şəkinin Öyrət kəndində yanğın hadisəsi baş verib. Sahədə başlayan yanğın zamanı 10 ha biçilmiş taxıl sahələri yanıb. 

Hadisə yerinə dərhal FHN-in Şəki Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb edilib. Hava şəraitinin küləkli olması yanğının əhatə dairəsini genişləndirib. Təxminən 5 saatdan sonra yanğın tam söndürülüb və yanğının biçilməmiş taxıl sahələrinə keçməsinin qarşı alınıb.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR