Özbəkistanda sellofan torbalardan istifadə məhdudlaşdırılır

Özbəkistanda sellofan torbalardan istifadə məhdudlaşdırılır

 Gələn il yanvarın 1-dən Özbəkistandakı mağazalarda sellofan torbaların pulsuz verilməsinə qadağa qoyulacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb həmin torbaların ölkənin ekoloji vəziyyətinə ziyan vurmasıdır. 
Belə ki, həmin tarixdən başlayaraq həm həmin torbaları müştərilərə təklif etmək, həm də onların ayrıca qiymətini hesablamaq qadağan ediləcək.
 Bununla belə, bu qadağa malların bir hissəsi olan və məişətdə istifadə üçün nəzərdə tutulan, tutacaqları olmayan və təbiətdə həzm oluna bilən polimer materiallardan hazırlanan torbalara şamil edilməyəcək.
Eyni zamanda, ölkədə məişət tullantılarının idarə edilməsi sistemində islahatların aparılması nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR