Yeni qanun layihəsi hazırlanır

Yeni qanun layihəsi hazırlanır

"Azərbaycan Prezidentinin sərəncamı ilə əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar xüsusi komissiya - Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılıb. Bu komissiyyanın qarşısında qoyulan əsas vəziflərdən biri də ondan ibarətdir ki, "qeyri-rəsmi məşğulluq” anlayışı adı altında bu və ya digər sahələrdə çalışan işçilərin statusu məşğul işçilər statusuna qaldırılsın. Qeyri-rəsmi məşğul olan əhali içərisində tikinti sektorunda xeyli insan çalışır. Düşünürəm ki, yaxın zamanlarda tikinti sahəsində qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar ciddi qanun layihəsi hazırlanacaq”.

"Report”un xəbərinə görə, bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, bununla da qeyri-rəsmi məşğulluq aradan qaldırılacaq: "Qeyri-rəsmi məşğulluq işçilərin bəzi öhdəlikləri yerinə yetirməməsi anlamına gəlir. Bura vergilər, sosial ödənişlər daxildir. Qeyri-rəsmi məşğulluq aradan qaldırıldığı halda nəticə etibarilə bütün işçilər vergi, sosial ödəmələrlə bağlı öhdəlikləri yerinə yetirmiş olurlar. Düşünürəm ki, bütün işçilər işlərini rəsmiləşdirəcəklər”.
 
Aktual.az
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR