Naxçıvan Ali Məclisinə qeydə alınan namizədlərin sayı açıqlandı

Naxçıvan Ali Məclisinə qeydə alınan namizədlərin sayı açıqlandı

Noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək seçkilərdə qeydə alınan deputatlığa namizədlərin sayı açıqlanıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, Ali Məclisə 45 seçki dairəsi üzrə 135 namizəd qeydə alınıb, 1 yer uğrunda 3 nəfər mübarizə aparacaq.

Namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının nümayəndələri, 45 nəfəri isə bitərəflərdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında seçkiqabağı təşviqat oktyabrın 20-də başlanıb və oktyabrın 31-i saat 08:00-da dayandırılacaq

Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR