Bu gecə 4 nəfərin öldüyü hadisə barədə YENİ FAKTLAR

Bu gecə 4 nəfərin öldüyü hadisə barədə YENİ FAKTLAR

Bu gecə Ələt-Astara magistralında 4 nəfərin həyatına son qoyan dəhşətli yol qəzası ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, Astara sakinlərini Dağıstana aparan "Mercedes" markalı mikroavtobus qarşıdan gedən iki "KamAZ" markalı yük maşınının bir-biri ilə toqquşmasından sonra arxadakı qoşqulu nəqliyyat vasitəsinə çırpılıb.

Mikroavtobusun sürücüsü Elturan Fərəcov bildirib ki, o, öz yolu ilə hərəkətdə olarkən qarşıdakı "KamAZ"lar toqquşub və yolun hərəkət hissəsində qalıb. Sürücü nəqliyyat vasitəsini sola çəkərək qəzadan yayınmağa çalışsa da, maşının sağ tərəfi toqquşmaya məruz qalıb və həmin tərəfdə əyləşmiş şəxslərdən 4-ü vəfat edib.
 
İlkin araşdırma zamanı məlum olub ki, mikroavtobusun deyil, yük maşınının sürücüsü yuxulu olub. Mikroavtobus qəza vaxtı saatda təxminən 90 kilometr sürətlə hərəkət edirmiş.
 
Qeyd edək ki, qəzada yaralanan 29 yaşlı Aqilə Qəhrəmanovanın həyat yoldaşı, 35 yaşlı Şahid Qəhrəmanov hadisə yerində vəfat edib.
 
Hadisə vaxtı ölən şəxslər bunlardır:
 
1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu
1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu
Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu
1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu.
 
Qəzada yaralanan şəxslər isə 1988-ci il təvəllüdlü Qəhrəmanova Aqilə Canhəsən qızı və 40-45 yaşlı Zaur adlı şəxsdir.
 
Aktual.az
Xəbər 42 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR