Özünü Kürə atan tələbənin meyiti çıxarıldı

Özünü Kürə atan tələbənin meyiti çıxarıldı

Özünü körpüdən Kür çayına atan gəncin meyiti dalğıclar tərəfindən aşkar edilib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Aran dalğıc-axtarış qrupunun Kür çayında batan iki günlük axtarışları nəticə verib. Meyit sahilə çıxarılıb.
Özünü çaya atan şəxsin Göygöl rayon sakini Araz Rafiq oğlu Abbasov olduğu müəyyənləşib. O, Mingəçevir Turizm Kollecinin 2-ci kursunda qiyabi təhsil alırmış. Məlumata görə, A.Abbasovun dayısı Mingəçevir şəhərində yaşayır. O, payız imtahan sessiyası üçün Mingəçevirə gəlibmiş və dayısının evində qalırmış.
Hadisənin səbəbləri araşdırılır.
 
Aktual.az
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR