Özünü bıçaqladı - Cinayəti qardaşının üzərinə atdı

Özünü bıçaqladı   - Cinayəti qardaşının üzərinə atdı

Bərdədə müəmmalı bıçaqlanma hadisəsi baş verib.

Xanağalı kənd sakini 1995-ci il təvəllüdlü Elnur Məmməd oğlu Məmmədov bədəninin müxtəlif nahiyələrindən aldığı bıçaq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lazımi tibbi yardım göstərilən xəstə istintaqa ilkin ifadəsində qardaşı 1991-ci il təvəllüdlü Elçin Məmmədov tərəfindən bıçaqlandığını və qardaşının ona xəsarət yetirdikdən sonra ərazidən uzaqlaşdığını bildirib.

Dərhal əməliyyata başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Elçini saxlayıblar. Saxlanan şəxs qardaşına heç bir xəsarət yetirmədiyini bildirib.

Maraqlı məqam isə ondan ibarətdir ki, bıçaqlanan şəxsin ailə üzvləri də istintaqa ilkin ifadələrində xəsarət alan Elnurun psixoloji problemlərinin olduğunu və onun özü-özünə xəsarət yetirdiyini bildiriblər. Kənd sakinləri də Elnur Məmmədovun, doğrudan da, psixi problemləri olduğunu deyiblər.

Faktı Bərdə polisi əməkdaşları araşdırır.//Anspress.com

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR