“İlk həyat yoldaşımla 10 il ailəli qalmışam, öz istəyimlə boşandım. Yoldaşım məndən ayrılmaq istəmirdi. Məni sevirdi, ona ürəyim ağrıyırdı. Amma elə səhv etdi ki...”.
Aktual.az-ınaxşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Ruhəngiz Musəvi deyib.
“Qonaq gəl bizə” verilişinin qonağı olan müğənni xəyanətə görə ayrıldığını söyləyib:
“Ailə quranda bir-birimizi sevirdik. Amma sonradan başladı qısqanmağa. Məni filmlərə dəvət edəndə, evdə dava düşürdü. Çox ailəcanlı olmuşam. Mənə xəyanət edib. Bir-iki dəfə bağışladım. Amma mənə qarşı tərəfdən zənglər oldu, qəlbim qırıldı. Çıxdım getdim. Bir müddət qızımla tək qaldım. Övladıma görə pis olurdum. Həyat yoldaşıma yenə şans verdim, amma gördüm alınmır”.
R.Musəvi boşandıqdan 1 il sonra özündən 12 yaş kiçik adamla ailə qurduğunu bildirib:
"İkinci yoldaşımla münasibətimiz telefonda başladı. Danışdıq, görüşdük. İlk həyat yoldaşımda görmədiyimi onda tapdım. Çətinliklər oldu, amma onları aradan qaldırdıq. Valideynləri əvvəlcə razı olmurdu, sonra qəbul etdilər. Onunla da on il birlikdə yaşadıq. İndi valideynləri ilə münasibətim var, özüylə yox. Övlad istəyirdi, mən razılaşmadım. O da işi ilə əlaqədar xaricə getdi".
Aktual.az