Müğənni Xuraman Şuşalı özünə qızıldan tac düzəltdirəcək.
Aktual.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda "Səhər zəngi" verilişində deyib:
"Məclislərə dəvət alanda ev sahibi ilə görüşə sadə libaslarda gedirəm. Onlar da məclisə nə geyinəcəyimi soruşurlar.
Deyirəm, "Narahat olmayın, ora kraliça kimi gələcəm". Məclislərə bər-bəzəkli gedirəm. Özümə qızıldan tac düzəltdirirəm".