Zukerberq məhkəməyə verildi - SƏBƏB

Zukerberq məhkəməyə verildi -   SƏBƏB

Daşınmaz əmlak satışı ilə məşğul olan erməni ticarətçi Mirçe Voskerisyan vədini yerinə yetirmədiyi üçün `Facebook` rəhbəri Mark Zukerberqi məhkəməyə verib.

Aktual.az `Bloomberg` agentliyinə istinadən xəbər verir ki, erməni biznesmen Zukerberqə 2,8 milyon dollar güzəştlə ev satıb.

Güzəşt müqabilində `Facebook` rəhbəri biznesmeni `Silikon vadisi`nin elitası ilə tanış etməli, o isə özünə yeni potenisal müştərilər tapmalı idi. 

Vaoskerisyanın vəkilləri iddia edir ki, Zukerberqə görə, biznesmenin digər potensial alıcı – evə görə, 4,3 milyon dollar ödəməyə hazır olan afrikalı şahzadə ilə sövdələşməsi pozulub.

Öz növbəsində Zukerberqin vəkilləri şəxsi detektivlər vasitəsilə Voskerisyanın versiyasının araşdırıb və potensial alıcı-şahzadənin olmamasına dair dəlilər tapıblar. 

 
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR