Zukerberq Braziliyanı tənqid etdi

Zukerberq Braziliyanı tənqid etdi
  • DÜNYA

“Facebook”un qurucusu və baş direktoru Mark Zukerberq “WhatsApp” messencerinin Braziliyada məhkəmə qərarı ilə 48 saat ərzində blok olunmasına münasibət bildirib.


İKT.lent.az-ın xəbərinə görə, M. Zukerberq öz səhifəsində yazıb ki, “Facebook” komandası problemin aradan qaldırılması üçün fəal işləyir. O, Braziliyadakı istifadəçilərə hələlik açıq olan “Facebook” messencerindən istifadə etməyi məsləhət görüb: “Bu, Braziliya üçün çox kədərli gündür. Braziliya indiyə qədər dünyada azad internetin yaradılmasında müttəfiqimiz idi. Braziliyalılar hər zaman şəbəkənin ən fəal istifadəçiləri olublar. İnsanların şəxsi məlumatlarının müdafiəsi sahəsində səylərimizin Braziliyadakı bir məhkəmə tərəfindən bu cür qiymətləndirilərək qərarın ölkədəki bütün “WhatsApp” istifadəçisinə qarşı yönəlməsindən heyrətlənirəm”.

M. Zukerberq qadağanın tezliklə ləğvinə ümid etdiyini söyləyib və braziliyalıları internetdə öz səslərini duyurmağa çağırıb.

Xatırladaq ki, Braziliyada məhkəmə bütün ölkə üzrə mobil rabitə operatorları tərəfindən 48 saat müddətinə “WhatsApp”a qadağa qoyulması ilə bağlı qərar qəbul edib.

Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR