Zubirin qardaşı Azərbaycan klubunda

Zubirin qardaşı Azərbaycan klubunda

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin qardaşı Tarek Zubir karyerasını Azərbaycanda davam etdirəcək.
 
Aktual.az xəbər verir ki, o, Birinci Divizion klubu "Zaqatala" ilə anlaşıb. 27 yaşlı hücumçu bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib:
 
"Zaqatala"ya keçdiyim üçün çox sevinirəm. Mənə güvəndikləri üçün kluba və idarəçilərə təşəkkür edirəm. İlk peşəkar sözləşmə imzalamağıma və böyük futbola gəlməyimə izin verdiyi üçün Gürcüstanın "Rustavi" klubuna da təşəkkürlərimi çatdırıram".
 
Zubir ötən ilin yayına qədər futzalla məşğul olub. O, "Lesquin", "Lill", "Kurnon", "Sportinq Paris" klublarının, həmçinin Fransanın futzal millisinin üzvü olub. 2021-ci ilin avqustunda Gürcüstan təmsilçi "Rustavi"yə keçməklə, böyük futbola başlayıb.
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR