Özü üçün yeni Facebook yaratdı

Özü üçün yeni Facebook yaratdı

Şimali Koreyada dizaynı Facebook-a bənzəyən yeni sosial şəbəkə - "Startcon" yaradılıb.

Sosial şəbəkənin nəinki rəngləri, hətta axtarış sistemləri və dostlar lentinin formalaşdırılması prisnipi də Facebook-a bənzədilib.

Aktual.az azvision.az-a istinadən bildirir ki, sayt hazırda test rejimindədir.

"Adətən Şimali Koreya saytları Çin domenlərində yerləşir, lakin bu sosial şəbəkə ölkə daxili domendədir. Sayt ölkə daxili üçün nəzərdə tutulub", - deyə internetin analizi üzrə mərkəzin direktoru Maq Meydori bildirib.

Hələlik sosial şəbəkədə nə qədər istifadəçinin qeydiyyatdan keçdiyi bilinmir. Sosial şəbəkənin əsas səhifəsində Şimali Koreya lideri Kim Çen Inın şəklinin olduğu vurğulanır.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR