Zorlanan qızını öldürən ananın barəsində hökm dəyişdirildi - (EKSKLÜZİV FOTO)

Zorlanan qızını öldürən ananın barəsində hökm dəyişdirildi - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Züleyxa Cəfərovanın CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Aktual.az xəbəbr verir ki, ittiham aktına görə, ötən il avqustun 3-də Züleyxa Cəfərova yetkinlik yaşına çatmayan 14 yaşı qızı Elsanə Cəfərovanın başqa oğlanlarla, habelə qohumu Fuad Heydərovla mütəmadi olaraq yaxınlıq etməsindən, iradlarına əhəmiyyət verməməsindən hiddətlənərək  yaşadığı Balaxanı qəsəbəsindəki mənzildə onu yaylıqla boğaraq qətlə yetirib.
 
Təqsirləndirilən Züleyxa Cəfərova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, hadisə zamanı özündə olmadığını deyib. Z.Cəfərova ifadəsində xadimə işlədiyini, Anar Ağayevlə 2001-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan üç övladları olduğunu, həyat yoldaşının ilk dəfə qızı Elsanə 3 aylıq olarkən oğurluq törətdiyinə görə həbs edildiyini göstərib. Əri A.Ağayev 2006-cı ildə azadlığa çıxandan sonra yenidən cinayət törətdiyinə görə 2013-cü ildə həbs olunub.
Z.Cəfərovanın ifadəsinə görə, hadisədən bir müddət əvvəl qızı sancılandığına görə onu xəstəxanaya aparıb. Həmin vaxt 14 yaşlı Elsanəni müayinə edən həkimlər ona qızının bakirə olmadığını deyiblər. Buna baxmayaraq qadın dəfələrlə qızından kiminlə yaxınlıq etdiyini soruşub, cavab olaraq qız heç kimlə cinsi əlaqədə olmadığını deyib. Qızının sözlərinə inanmayan ana onun cinsi zorakılığa məruz qalıb-qalmamasını müəyyən etmək üçün iyulun 14-də Sabunçu Rayon Prokurorluğuna müraciət edib. E.Cəfərova məhkəmə-tibb ekspertizasından keçirilib. Məhz bundan sonra E.Cəfərova anasına 2015-ci ilin noyabr ayında bibisi oğlu Fuad Heydərovun ona təcavüz etdiyini deyib.
Avqustun 3-də evdə olan azyaşlı oğlanlarını saqqız almaq üçün mağazaya göndərən Cəfərova qapını arxadan bağlayıb, evdə yır-yığış edib. Elsanəyə "gəl kömək elə, evləri yığışdıraq” söylədikdə "hambalın deyiləm, özün təmizlə” cavabını eşidib. Bundan qəzəblənən Züleyxa baş yaylığını götürərək qəflətən Elsanəyə yaxınlaşıb və onu boynuna dolayıb, var gücü ilə sıxıb. Qızının nəfəs almadığını gördükdən sonra qardaşına və digər yaxınlarına zəng edib, hadisə barədə məlumat verib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum qadın apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib. 
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq Z.Cəfərovanın şikayətini qismən təmin edib. Qərara əsasən, hökm dəyişdirilib. Təyin edilən yeni cəza barədə məlumat verilməyib.
 
 
 
 
 
Aktual.az

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR