Zorlamaya görə axtarışda olan Türkiyə vətəndaşı tutuldu - Bakıda

Zorlamaya görə axtarışda olan Türkiyə vətəndaşı tutuldu -  Bakıda

Azərbaycanda axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb. 

Aktual.az report-a istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə axtarışda olan Türkiyə vətəndaşı, 45 yaşlı Ahmet Akkaş "Ford" markalı avtomobili ilə Qaradağ rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkldaşları tərəfindən saxlanılıb. 

Araşdırma zamanı onun Tovuz Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən axtarışa verildiyi məlum olub.

A.Akkaş polis şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 
Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR