Roma papası II Frensisk ermənilərə verdiyi vədi yerinə yetirdi. Mənsub olduğu kilsənin çağırışı ilə gerçəkləşdirilən səlib yürüşlərini, kütləvi qətliamları “unudaraq” tarixdə baş verməyən bi hadisəni “tarixdə baş verən ilk soyqırım” adlandırdı...
Əslində, erməni məhəlləsində böyüyən, erməni əxlaqının nümayiş etdirildiyi gecə klubunda mühafizəçi işləyən argentinalı sabiq kardinal Xorxe Mario Berqoliodan (Papa II Frensisk) fərqli mövqe gözləmək sadəlöhvlük olardı... Amma biz deyəsən gözləyirdik axı... Ən azından davranışlarımız bunu nümayiş etdirirdi...
Biz bəzən bir barmağımızı bala batırıb daddırmaq əvəzinə, nəinki 5 ya 10, hətta qonşunun borca götürdüyümüz barmaqlarını da “bala batırıb” zorla başqalarının ağzına təpirik... Təəssüf...
İezuit Papa...
Papa Frensiskin doğulub boya-başa çatdığı Argentina güclü erməni diasporunun olduğu ölkələrdən biridir. Rəsmi statistikaya görə, hazırda Argentinada 130 mindən çox erməni yaşayır. Təkcə Buenos Airesdə ermənilərin bir neçə kilsəsi və bu kilsələrin nəzdində fəaliyyət göstərən məktəblər istisna olunmaqla 9 məktəbi var. Paytaxtdakı göstərən gecə klublarının və “çəhrayı ev”lərin əksəriyyətinə ermənilər nəzarət edir. Ermənilərin böyük əksəriyyəti paytaxt Buenos Airesin köhnə miqrant məhəllələrində kompakt halda. İtaliyalı miqrantın 5-ci övladı olan Xorxe Mario Berqolio də belə məhəllələrin birində dünyaya gəlib.
Xorxe Mario Berqolio – II Frensisk iezuit ordeninin təmsilçisidir.
Qeyd edim ki, Latın Amerikasının tarixində iezuitlər xüsusi yer tuturlar. Məhz onlar XVII əsrdə ilk xristian dövlətinin (Paraqvay İezuit Dövləti) yaradıcıları olublar. Latın Amerikasının xristianlaşmasında, yerli əhaliyə qarşı kütləvi soyqırım aktlarının həyata keçirilməsində müstəsna rol oynayan iezuitlər digər dünyəvi dinlərə qarşı ən kəskin radikal mövqeləri ilə seçilirlər. Vahid xristian dövlətinin yaradılması isə onların ən böyük arzusudur.
Amma Xorxe Mario Berqolionun keçdiyi yola nəzər salsaq, onu mənsub olduğu təriqətin dəyərlərinə sədaqəti ilə seçilən bir din xadimi saymaq olmaz. O, daha çox öz karyerasını düşünən siyasətçi təsiri bağışlayır...
...1970-ci ildə Argentinanın iezuit ordeni hərbi diktatorlara qarşı müxalif mövqedə dayansa da, Berqolio öz dindaşlarından fərqli mövqe nümayiş etdirib. Onu Argentinanın ən qəddar hərbi diktatoru Emilio Masserlə dostluqda, eləcə də əmrlərini yerinə yetirməyən bir neçə iezuitin oğurlanmasında ittiham ediblər. Lakin Berqolio erməni dostlarının dəstəyi ilə bu ittihamlardan məharətlə yayına, “sudan quru çıxmağı” bacara bilib.
Muradyanın dostu...
Kardinal Berqolio özünü hər zaman ermənilərin yaxın dosti sayıb və papa seçilənədək qondarma “soyqırım” münasibəti ilə Argentinada keçirilən bütün mərasimlərdə iştirak edib.
Xatırladım ki, qondarma “soyqırım”ın 95-ci ildönümü münasibəti ilə Buenos Airesdə ucaldılan “xaçkar”ın açılışında çıxış edən Berqolio yaxın dostu, Argentina və Çili yeparxiyasının arxiyepiskopu Qisak Muradyandan daha artıq erməni olduğunu sərgiləyərək, “xaçkar”ın altında dəfn olunmaq arzusunu ifadə etmişdi.
Berqolionun yaxın dostu Qisak Muradyan Argentina mətbuatına verdiyi müsahibələrindən birində deyir: “Bizim kardinal Berqolio ilə dostluğumuz qardaşlıq üzərində qurulub. Mən əminəm ki, Papa II Fransisk “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınması üçün əlindən gələni edəcək. Berqolio hər zaman Ermənistanın İncil ölkəsi olduğunu, xristianlığın buraya apostollar Faddey və Varfolomey tərəfindən gətirldiyini deyir. Təsadüfi deyil ki, Buenos Airesdəki 2 xristian məbədinə - müqəddəs Faddey və müqəddəs Varfolomey kilsələrinə biz birlikdə xeyir-dua vermişik”.
Bu qədər...
P.S. Vatikan öz mahiyyətini dəyişməyib, əksinə dünyanın siyasi səhnəsində daha fəal rol oynamaq üçün özünü “xristian aləminin maraqlarının ifadəçisi” rolunda təqdim etməyə çalışır...
Qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı isə sadəcə Papa İİ Frensiskin mövqeyi kimi qəbul etmək yanlış olardı.
Kimsəyə sirr deyil ki, Vatikanda bütün qərarlar dünyanın ayrı-ayrı ölkələrini təmsil edən kardinalların iştirakı ilə qəbul edilir...
Elçin Mirzəbəyli
14 aprel 2015-ci il