PSG klubunun hücumçusu Zlatan İbrahimoviç agenti Mino Rayola ilə birlikdə Qatara yollanıb. Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi isveçli ulduzun Paris klubundan ayrılmaq istəyidir. İsveç millisinin kapitanı və agenti PSG-nin prezidenti Nasir Əl-Xəlaifi ilə müqaviləni pozmaq barədə danışıqlar aparmaq istəyir.
Parislilər "Financial fair play" qaydalarına görə İbranı pulsuz da buraxa bilər. PSG-də ilə 15 milyon avro məvacib alan Zlatanın müqaviləsi 2016-cı ildə başa çatmalıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl onun "Milan"a qayıdacağı barədə xəbərlər yayılmaqda idi. 33 yaşlı forvard bu informasiyanı təkzib etsə də, Milanda onun yolunun gözləyənlər heç də az deyil.
Aktual.az