Ziya Məmmədov Zərdabda vətəndaşları qəbul edəcək

Ziya Məmmədov Zərdabda vətəndaşları qəbul edəcək

Vətəndaşların qeydiyyatı yanvarın 21-də baş tutacaq.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov yanvarın 22-də Zərdab şəhərində Kürdəmir, Hacıqabul və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Bu barədə nazirlikdən bildirilib.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı yanvarın 21-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

- Zərdab şəhəri, Ramiz Kərimov küçəsi-46 ünvanında yerləşən inzibati binada;

- Kürdəmir şəhər avtovağzalının inzibati binasında;

- Hacıqabul şəhər avtovağzalının inzibati binasında.

Xəbər 636 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR