Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri Ziya Məmmədov aprelin 22-də Lerik şəhərində Astara, Lənkəran və Lerik rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Bu barədə Nəqliyyat Nazirliyindən bildirilib.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı aprelin 21-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Lerik şəhəri, A.Əsədullayev küçəsi-22;
- Lənkəran şəhəri, Füzuli küçəsi-75;
- Astara şəhəri, Nizami küçəsi-15.