"Zika" virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb

  • DÜNYA

2014-cü ilin yanvarından etibarən "Zika" virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.

"2015-ci ildə Şimali və Cənubi Amerikada "Zika" virusuna ilk yoluxma faktları qeydə alınandan sonra, onun coğrafiyası ardıcıl surətdə genişlənib. "Aedes aegypti" növlü ağcaqanadının yaşama arealı olan ərazilərdə virusun yayılması gözlənilir. 2014-cü ilin yanvarından 2015-ci ilin fevral ayınadək "Zika" virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb", məlumatda qeyd olunub.

Qeyd edək ki, Zika virusu ilk dəfə 1947-ci ildə aşkar edilib. Virusu "Aedes aegypti" növlü ağcaqanadlar tərəfindən yayılır.

Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR