Yaponiya Səhiyyə Nazirliyinin əməkdaşları bildiriblər ki, Kanaqava prefekturasından olan vətəndaşın Zika virusuna yoluxması tibb işçiləri tərəfindən təsdiq olunub.
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, 20 yaşlı gənc bədənində səpgilərin əmələ gəlməsindən və temperaturun yuxarı olmasından şikayət edib. Xəstələnməmişdən əvvəl o Braziliyada olub.
Bu, ötən ilin mayında Cənubi və Mərkəzi Amerikada Zika virusunun yayılması qeydə alındıqdan sonra Yaponiyada həmin virusa yoluxmanın təsdiq edildiyi ilk haldır.