Xəstə infeksiya stasionarının boksundadır.
Federal istehlakçıların hüquqlarının müdafiə və insanın rifahı üzrə nəzarət xidməti Rusiya Federasiyasında “Zika” virusunun birinci yoluxma halı barədə məlumat yayıb.
Aktual.az Oxu.Az-ya istinadən xəbər verir ki, Gazeta.ru-nun yaydığı məlumata görə, hazırda yoluxmuş şəxs infeksion stansionarın boksundadır, onu vəziyyəti qənaətbəxşdir.
Ailə üzvləri tibbi müşahidə altındadır, xəstəliyin kliniki təzahürləri aşkar edilməyib, “Zika” virusunun araşdırılması nəticələri mənfi yekunlanıb.