"Zika" 3 nəfəri öldürdü

  • DÜNYA

Kolumbiyada "Zika" virusu - "Guillain-Barre" sindromu müşahidə edilən 3 nəfər ölüb.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, həmin sindrom sinir sisteminin zərər görməsi ilə orqanizmdə müvəqqəti iflicə səbəb olur.

Məlumatda o da qeyd olunub ki, ölkədə 20 mindən çox insan bu virusa yoluxub. Yoluxan insanlardan 2 mindən çoxu isə hamilə qadındır. Virus xəstələrin müəyyən qismində öz əlamətini göstərməsə də, bir həftə ərzində insanda göz qızartısı, qızdırma, baş ağrısı, oynaq ağrısı, halsızlıq və əzələ ağrısı ilə özünü büruzə verə bilir.

Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR