Fransa milli komandasının sabiq futbolçusu Zinəddin Zidanın 1998-ci il dünya çempionatının finalında geyindiyi forma hərrəca çıxarılacaq.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, forma oktyabrın 13-də Fransanın paytaxtı Parisdə "Drouot" hərrac evində satışa çıxarılacaq. Hərracın təşkilatçısı Jan-Mark Leyne bildirib ki, sabiq yarımmüdafiəçinin final görüşünün ilk hissəsində geyindiyi və yuyulmayan formasından 20 - 40 min avro gəlir əldə etməyi planlaşdırırlar.
O, formanı ona Zidana yaxın olan bir şəxsin verdiyini deyib. Fransa millisi ilk dəfə 1998-ci ildə dünya çempionu olub. Fransızlar mundialın həlledici matçında Braziliyanı 3:0 hesabı ilə məğlub ediblər. Zidan həmin qarşılaşmada komandasının 2 qoluna imza atıb.
Aktual.az
Xəbər 501 dəfə oxunub.