Bakı Ağır Cinayətlər Məhkəməsində Valeh Məmmədovun (1991-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, hadisə ötən il oktyabrın 10-da hadisə Zığ qəsəbəsində, Naximov küçəsi 3 ünvanının qarşısında qeydə alınıb. Valeh Məmmədov ailə münaqişəsi zəminində arvadı Qızbəs Məmmədovaya (1990-cı il təv.) kürək, qol və qarın nahiyələrindən bizlə çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən 3 saylı kliniki xəstəxanaya çatdırılıb və həyatı xilas edilib. Cinayəti törədən V.Məmmədov Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə prosesində V.Məmmədov ittiham üzrə özünü təqsirli hesab edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xəbər 671 dəfə oxunub.