11 km-lik Zığ-Suraxanı avtomobil yolu təmirə bağlanıb. Avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinə maneə yaradırdı.
Yolun 2,2 km-lik hissəsində isə köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə yolun hərəkət hissəsinin 45 min m2 sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulacaq, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulacaq.
Avtonəqliyyat vasitələrinin Zığ-Aeroport yolundan Zığ-Suraxanı yoluna rahat şəkildə daxil olmasını təmin etmək məqsədi ilə hazırda yeni yol hissəsi də salınır.