Zığ və Masazırdakı sürüşmə aktivləşib

Zığ və Masazırdakı sürüşmə aktivləşib

“Hazırda Abşeron yarımadasındakı Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunur”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Masazırda, Qır gölünün ətrafındakı sürüşmə sahəsində də nisbi aktivlik qeydə alınıb: “Həmin ərazi elə böyük sahəni əhatə etməsə də, orada sürüşmə-oturma prosesi davam edir”.

Dəstə rəisi qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər sürüşmə sahələrində nəzərəçarpacaq aktivlik müşahidə olunmayıb.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR