Zəvvarlarımız Mədinədən Məkkəyə yola düşürlər

Zəvvarlarımız Mədinədən Məkkəyə yola düşürlər
  • DÜNYA

"Bu gün Azərbaycanlı zəvvarların bir qismi Məkkə şəhərinə yola düşəcəklər. Digər bir qismi isə axşam namazını qılıb Şəcərə məscidindən Məkkəyə gedəcəklər".

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycanlı zəvvarların qrup rəhbəri Hacı Həmdullah Babayev bildirib. Onun sözlərinə görə, bu yolla sentyabrın 15-də səhər sübh namazı ərəfəsində 

Ümrənin 5 vacib əməli yerinə yetirilib ehramdan çıxılacaq.

"Yəni ki, artıq ehram paltarı çıxarılacaq və ayın 22-si və 23-ü Ərəfata qədər adi paltarda ziyarətimizi edəcəyik. Sonra Qurban bayramı gününə biz, inşallah, Ərəfat dağına çıxacağıq", - d

eyə Hacı Həmdullah bildirib.


Səudiyyə Ərəbistanı, Məkkə şəhəri


Azərbaycanlı zəvvarların ilk qrupu bir neçə gün əvvəl

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar. Onlar təlimatlar keçiriləndən sonra 40-50 nəfərlik qruplara bölünüblər.

Sentyabrın 15-nə qədər Azərbaycandan 2 min 400 zəvvar xüsusi təyyarələrlə müqəddəs şəhərə yola düşərək Mədinə şəhərindən ziyarətlərini başlayıblar. Məkkədə bütün vacib əməlləri yerinə yetirəndən sonra sentyabrın 29-dan etibarən hacılar geri qayıtmağa başlayacaqlar. Geri dönüş oktyabr ayının əvvəlinə kimi davam edəcək.

Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR