“Zərurət yaransa, düşmənin başını növbəti dəfə əzəcəyik” AÇIQLAMA

“Zərurət yaransa, düşmənin başını növbəti dəfə əzəcəyik” AÇIQLAMA

"İlk öncə qeyd edim ki, erməninin bundan sonra nə deyəcəyi heç nəyi dəyişməz, dəyişə bilməz. Çünki ortada sənəd var. Daha dəqiqi, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanat var". Bunu "Səs" qəzetinə açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, həmin bəyanatın şərtlərində isə açıq göstərilib ki, 3 ildən çox olmayan müddətdə alternativ dəhliz açılan kimi Laçın rayonunun mərkəzi və bir neçə kənd Azərbaycanın tam nəzarətinə keçəcək: "Yəni, bu, rəsmi sənəddir. Sənədin altına isə Paşinyan da şəxsən imza atıb. İnsan öz imzasından necə imtina edə, verdiyi sözü dana bilər? Lap dandı, ya da verdiyi sözə əməl etmək istəmədi. Sonra bunun arxasında dura bilərmi? Dura bilməz. Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə könülü əməl etməsə, onu buna məcbur edəcəyik. Özbaşına deyillər ki. Hər şeyin üsul-qaydası var, ortada sənəd var, razılaşma var. Belə məqamda erməni hay-küy salmaqdan savayı heç nə edə bilməz. Cığallıq bunların köhnə peşəsidir. Yəqin vaxt uzatmağa çalışırlar. Amma alınmayacaq. Laçının mərkəzi çox tezliklə Azərbaycan tərəfinin tam nəzarətinə keçəcək. Buna kimsənin şübhəsi olmasın. Üstəlik, erməni bir məqamı da unutmasın ki, "Dəmir yumruq" yerindədir və ehtiyac, zərurət yaransa düşmənin başını növbəti dəfə əzəcək".
Xəbər 1073 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR