Zərərli dini ədəbiyyatlar Azərbaycana qaçaq yolla gətirilir

Zərərli dini ədəbiyyatlar Azərbaycana qaçaq yolla gətirilir

Azərbaycanda zərərli dini ədəbiyyatların yayılmasının qarşısını almaq istiqamətində ciddi işlər həyata keçirilir.

Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Aran deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum sözügedən ədəbiyyatların Azərbaycana gətirilməsinin qanunla qarşısını alır: "Azərbaycanda yayılan zərərli dini ədəbiyyatlar isə qaçaqçılıq yolu ilə respublikaya daxil olur. Dini komitənin ekspertiza şöbəsi var və Azərbaycana gələn bütün kitablar, həmin ekspertizadan keçirilir. Ekspertizadan keçmiş dini ədbiyyatlar əgər cəmiyyətimizin, qanunlarımızın zərərinə deyilsə, insanlarda təhrikçilik, dini intiriqa və başqa bu kimi mənfi hallar yaratmırsa, o kitabların Azərbaycana daxil olmasına icazə verilir. Əgər Azərbaycana zərərli ədəbiyyat gəlirsə qaçaq yolu ilə gəlir”.\trend

Aktual.az

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR