Zərdab rayonunda yaşı 100-dən yuxarı olan 9 nəfər seçici qeydə alınıb.
Aktual.az bildirir ki, 92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyasının sədri Mehdi İsmayılov APA-ya bildirib, bu gün keçirilən referendumla bağlı 48 məntəqə üzrə 41066 nəfər seçici qeydə alınıb. Onlardan da ilk dəfə səsvermə hüququ qazanan seçicilərin sayı 615 nəfər, 80-100 yaş arası olan seçicilərin sayı 1035 nəfər, yaşı 100-dən yuxarı olan seçicilərin sayı isə 9 nəfərdir.
Dairə üzrə səsverməni izləmək üçün 495 müşahidəçi qeydə alınıb. Səsvermənin şəffaf keçirilməsi məqsədi ilə 8 məntəqəyə veb-kameralar quraşdırılıb Ən yaşlı seçici rayonun Qaravəlli kənd sakini, 1905-ci il təvəllüdlü Gülüstan Abduləziz qızı Xəlilovadır.