Zərdab rayonunda intihar hadisəsi baş verib
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Zərdab rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Aktual.az
Xəbər 299 dəfə oxunub.