Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma var.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Eskspert Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvanı birləşdirəcək dəhlizin üç il ərzində işə düşəcəyini bildirib.
"Ermənistan və Azərbaycanın siyasi bəyanatlarına baxaraq, bunu istəyirsiniz "Tramp yolu”, istəyirsiniz "Zəngəzur dəhlizi”, ya da "Sülh qovşağı” adlandırın, 2028-ci ilin ikinci yarısında dəhlizi işə salmağı planlaşdırırlar. Bu barədə yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də danışıb, Ermənistan Baş naziri Nikol Paşinyan da təxminən eyni tarixi Gürcüstandakı sammitdə qeyd etmişdi. Yəni hazırda həm Ermənistan, həm də Azərbaycanda dəhlizin işə düşmə tarixlərinə dair bir konsensus mövcuddur”, - Matevosyan vurğulayıb.
Xəbər 64 dəfə oxunub.