Myanmanın mərkəzində güclü zəlzələ baş verib. Zəlzələnin maqnitudası 6,1 bal səviyyəsində olub.
Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Yeraltı təkanların episentri Metxila şəhərindən 143 km qərbdə baş verib.
Yeraltı təkanlar Myanmanın ən iri şəhərində - Yangoneda və regionun böyük ərazisində, o cümlədən Bangladeşın paytaxtı Dakkada, Hindistanın bir neçə ştatında da hiss edilib.