Azərbaycanda baş vermiş zəlzələ Gürcüstanda da hiss olunub.
Aktual.Az Apsny-ya istinadən bildirir ki, Rixter şkalası ilə 5,8 ballıq təkanlar Tbilisidə yerli vaxtla 8.50-də yaşanıb. Yeralt təkanlar tələfat və dağıntılara səbəb olmayıb.
İlya Dövlət Universitetinin Seysmik Monitorinq Mərkəzindən verilən məlumata görə, zəlzələnin episentri Gürcüstan-Azərbaycan sərhədindən 102 km kənarda idi.
/Aktual.az