Zəlzələ nəticəsində 41 nəfər xəstəxanalıq oldu

Zəlzələ nəticəsində 41 nəfər xəstəxanalıq oldu
  • DÜNYA

Əfqanıstan-Pakistan sərhədində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanlar var.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, tək Pakistanın Pişəvar şəhərində 41 nəfər xəstəxanalara yerləşdirilib.

Yerli vaxtla saat 23:44-də Əfqanıstanın Bədaxşan əyalətində 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Pakistan, Tacikistan və Hindistanda hiss olunub.

Xatırladaq ki, oktyabrda Əfqanıstanda 7,5 bal gücündə baş vermiş zəlzələ nəticəsində 115 nəfər ölüb, 540 nəfər yaralanmışdı.

Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR