"Zəlimxansız bayram şamı yandırmarıq"


Zəlimxansız çox çətindir. Nə qədər ailəm, oğlum, gəlinim, qızım, nəvələrim olsa belə onun yerini heç kim vermir.


Aktual.az bildirir ki, bunu aznews.az-a açıqlamasında mərhum xalq şairi Zəlimxan Yaqubun həyat yoldaşı Sahibə Yaqublu deyib. O, Z.Yaqubsuz bayram qeyd etməyəcəklərini bildirib: "Onsuz biz bayram eləmədik. Zəlimxan gözəl ailə başçısı idi, bayram günlərində həmişə balaları ilə süfrə başında olardı. Hər şeyi sevirdi. Sevmədiyi nəsə yox idi, hər şeyə yaxşı gözlə baxırdı. Biz də ailəlikcə qəbrinin üstünə getdik, bayramlaşdıq. Bu Novruzda bizim evdə bayram şamları yanmayacaq".

Sahibə Yaqublunun sözlərinə görə, Zəlimxan Yaqubun dostları indi də onun ailəsini ziyarət edirlər: "Zəlimxan müəllim həyatda olmasa belə, onun dostları-tanışları bu ailəni yad edir, əhvalını xəbər alır. Zəlimxan Yaqub özü də məni və ailəsini tək qoymur. Elə indi də çətin anlarda yuxuma gəlir. Çalışır ki, məni darlıqdan qurtarsın. O, gedəndən qayınanam da bizdədir. Amma mənim üçün onu heç kim əvəzləmir. Bir dəfə qapıdan girməyi nəyə desən dəyərdi".

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da 65 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Xəbər 847 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR