Türkiyənin Qazi Universiteti Tibb fakültəsinin professoru Səlahəddin Ünal zəli müalicəsinin yarada biləcəyi xəstəliklərdən bəhs edib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən professor zəli müalicəsinin mənfi tərəflərindən danışıb.
Onun sözlərinə görə, bu tip müalicə düzgün aparılmadıqda bir sıra xəstəliklərə yol aça bilər: “Zəlilər bir insanda istifadə olunduqdan sonra başqa birində istifadə olunmamalıdır. Ancaq buna heç bir halda zəmanət verə bilməzsiniz. Zəliləri bir müddət gözlətdikdən sonra başqa xəstələrdə də istifadə etmək istənilsə, insandan insana hepatit B və hepatit C xəstəliklərinin keçməsi asanlaşır”.
Professor qeyd edib ki, ənənəvi müalicə üsulu kimi zəlidən istifadə edənlər onun təzə olmasına diqqət yetirməlidirlər.