Ukrayna Prezidenti Vladimir Zelenskinin tənqidinə cavab verməyi lazım görmürəm.
Aktual.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Zelenski ilə mübahisə etmək istəmirəm. O, müharibə şəraitində olan bir ölkənin prezidentidir və nə deyirsə desin, məncə, cavab verməyə ehtiyac yoxdur”, - o bildirib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasındakı çıxışında Avropanın Gürcüstanı itirdiyini və Tiflisin Rusiyadan asılı olduğunu demişdi.
Xəbər 105 dəfə oxunub.