ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişəyə son qoymaq planının müddəalarından xəbərdardır.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild keçirdiyi mətbuat konfransında deyib.
"Biz Prezident Zelenskinin sülh planını gördük. Onun işləyə biləcək bir strategiya və plan hazırladığına inanırıq. Nyu Yorkda olacaq dövlət başçıları ilə danışarkən onu necə irəli sürəcəyimizi düşünməliyik", - deyə diplomat bildirib.
Xəbər 120 dəfə oxunub.